Menu

Erməni ailəsini öldürənin məhkəməsi başlayır

06.08.2015, 20:01
Erməni ailəsini öldürənin məhkəməsi başlayır

Erməni ailəsini öldürən Rusiya əsgərinin məhkəməsi başlayır. Ermənistanda Rusiya 5- ci milli qarnizonunun hərbi məhkəməsinin sözcüsü Sergei Sarumov deyir ki, Valery Permyakov avqustun 12-də hakim qarşısına çıxarılacaq.

Bu məhkəmədən sonra isə o, Ermənistana təhvil veriləcək.

Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasının əsgəri olan Valery Permyakov yanvarın 12-də bu şəhərdə bir ailənin evinə girərək azyaşlı uşaqlar da daxil olmaqla 7 nəfərin hamısını öldürməkdə ittiham edilir. O, hasidə yerindən uzaqlaşsa da az sonra bu bazadakı əsgər yoldaşları tərəfindən tutulub.

Bu hadisə Ermənistanda etirazlara səbəb olmuşdu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol