Son günlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalar, narazı bəyanatlar mətbuatın gündəmini məşğul edir. “Yeni Müsavat”a daxil olan məlumata görə, son narazılığın səbəbi AzTV-nin sədri Arif Alışanovla onun müavini İbrahim Məmmədov arasında yaşananlar olub. Deyilənə görə, buna səbəb A.Alışanovun İ.Məmmədova qarşı qısqanc münasibətidir.
Məlumdur ki, İ.Məmmədov 2012-ci ilin 10 fevral tarixindən etibarən prezident İ.Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini təyin edilib. Onun bütün tapşırıq və

İ.Məmmədov hər həftənin bazar günləri AzTV-nin efirində gedən “Həftə” analitik proqramının aparıcısı və müəllifidir. Sözügedən verilişin yaradıcı heyəti isə telekanalın ictimai-siyasi proqramlar redaksiyasının işçiləridir.
Mənbənin bildirdiyinə görə, bu günlərdə həmin redaksiyanın işçiləri işdən çıxarılıblar. İ.Məmmədovu isə prezidentin sərəncamı ilə təyin olunduğu üçün işdən çıxarmaq mümkün olmayıb. A.Alışanov sözügedən redaksiyanın işçiləri ilə müqaviləni yeniləməyib. Və bunun da nəticəsində həmin redaksiyada İ.Məmmədovdan başqa heç kim qalmayıb.

Məlumatda qeyd olunur ki, ictimai-siyasi proqramlar redaksiyasının işçilərini AzTV-nin polis postundan içəri buraxmayıblar.
Daha bir məlumat isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Hərbi Vətənpərvərlik redaksiyası baş redaktoru Firuz Kazımoğlunun işdən çıxarılması ilə bağlıdır. QSC-dəki etibarlı mənbələrdən AzNews.az-a daxil olan məlumata görə, Arif Alışanov F.Kazımoğlunu radionun xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.
Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib.

İkinci səbəb isə, rəsmi olaraq, “Azərbaycan Teleradio Verilişləri” QSC tərəfindən açıqlanıb. Şirkət telejurnalist A.Sultanovanın işdən çıxarılmasına aydınlıq gətirərək bildirib ki, 2015-ci il iyulun 31-də AzTV-nin bəzi əməkdaşlarının, o cümlədən, Ağanisə Sultanovanın əmək müqaviləsinin müddəti başa çatır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onların əmək müqaviləsinə xitam verilir".
Ağanisə Sultanova özü işdən çıxarılmasının tam qanunsuz və qərəzli hesab edir. O, sosial şəbəkələrdə yazıb ki, prezident İlham Əliyevə yazdığı müraciət şirkətin sədri Arif Alışanovu qəzəbləndirdiyinə görə, işinə “xitam” verilib.
“Arif Alışanov prezidentə müraciətimin ”cavabı" olaraq məni qanunsuz olaraq işdən çıxarıb. Müraciətimin səbəbi isə, cənab prezident məni evlə təmin edəndən sonra, iki ildir şüurlu şəkildə Arif Alışanov tərəfindən AzTV-də qarşılaşdığım haqsızlıqlar, ədalətsizliklər, əmək haqqımın kəsilməsi olub. Belə çıxır ki, məni işdən çıxarmaqla Arif Alışanov özünü möhtərəm prezident İlham Əliyevdən “güclü” və “toxunulmaz” hesab edir. Cənab prezident dəfələrlə bəyan edib ki, ona müraciət etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dəyərli həmkarlarım, hamınızdan ədalətsizliklə, haqsızlıqla üz-üzə qaldığım vaxtda dəstək olmağınızı xahiş edirəm!", - deyə Ağanisə Sultanova özünün facebook səhifəsində yazıb.

Şərhlər