Dünən Türkiyə Kuboku uğrunda keçirilən “Elazığspor”- “Qalatasaray” matçında görüşün nəticəsindən daha çox futbolçunun ciddi zədələnməsi yaddaşlarda qalıb.
“Qafqazinfo” xəbər verir ki, “Cim Bom”un futbolçusu Aydın Yılmaz oyun zamanı yıxılıb və ayağı qırılıb. Futbolçunun aldığı zədə o qədər ciddi olub ki, hətta rəqib komandanın futbolçuları da göz yaşlarını saxlaya bilməyiblər. Həmin zədə anını təqdim edirik.
Qeyd edək ki, “Elazığspor” “Qalatasara”yı 1-0 hesabı ilə məğlub edib.


Şərhlər