Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni baş direktoru Taleh Ziyadov bu vəzifəyə təyinatından bir müddət sonra kütləvi ixtisarlar aparıb. Bu barədə “Azadlıq”a qurumdakı mənbələrdən verilən məlumat saytımızda da dərc edilib. Həmin məlumatda bildirilirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında kadrlar idarəsinin rəisi işləyən deputat Novruz Aslanın qardaşı Əlimədət Aslanov da vəzifəsindən azad edilib.
"AzPolitika.indfo" ya verilən məlumata görə isə, Əlimədət Aslanov işdən çıxarılmayıb, vəzifəsi dəyişdirilib. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ixtisarlarla yanaşı struktur dəyişikliyi də aparılıb. Bu dəyişikliklər nəticəsində bəzi idarələr, şöbələr birləşdirilirək, yeni strukturlar yaradılıb. Ə.Aslanov da yeni yaradılan strukturlarfdan birinə rəhbər təyin olunub.
Vaqif
AzPolitika.info


Şərhlər