Menu

Bakıda 1 milyard dollarlıq kredit sazişi imzalandı

07.08.2015, 12:08
Bakıda 1 milyard dollarlıq kredit sazişi imzalandı

Bu gün Bakıda, “LUKOYL Oversiz Şahdəniz Ltd.” (“LUKOYL” ASC-nin 100% törəmə şirkəti) Azərbaycanda “Şah Dəniz” layihəsi üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) 2-ci Mərhələsinin həyata keçirilməsi çərçivəsində Bakıda bir neçə bankdan ibarət konsorsiumla 12 il müddətinə 1 milyard dollar məbləğində kreditin əldə edilməsinə dair saziş imzalandı.

"Marja" xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 12 il müddətinə 560 mln. dollar məbləğində kredit təqdim edəcəklər.

ING Bank N.V., Bank of China, UniCredit AG və Societe Generale banklarından ibarət kommersiya bankları sindikatı isə AYİB və AİB-ın B-loan proqramı vasitəsilə 440 mln. dollar məbləğində krediti 10 il müddətinə verəcək.

“Şah Dəniz” layihəsi üzrə HPBS-in ikinci mərhələsinin yerinə yetirilməsi üzrə işlər 2013-cü ilin dekabr ayında başlamışdı. İxrac boru kəmərlərinin tikintisi xərcləri istisna olmaqla, əməliyyat konsorsiumu (ВР – 28.83%, TPAO – 19%, Petronas – 15.5%, SOCAR – 10%, LUKOYL – 10%, NICO – 10%, SGC – 6.67%) tərəfindən qoyulacaq investisiyaların ümumi məbləği təqribən 28 milyard dollar təşkil edəcək. Layihənin birinci və ikinci mərhələlərində istehsal olunan qazın ümumi həcmi pik səviyyəsində ildə 25 milyard kubmetrə çatacaq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol