Saytımızda dərc olunmuş “CAHANGİR HACIYEV İŞİ”ndə SENSASİYA - “Bandotdel” 7400 nəfərin ölkədən çıxışına qadağa qoydu!” başlıqlı yazıya Daxili İşlər Nazirliyindən (DİN) reaksiya gəlib.
Xatırladaq ki, yazıda Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”ə) aparılan cinayət işindən bəhs edilir. Belə ki, bu işlə bağlı “AzPolitika.info”-ya verilən son məlumata görə, “Bandotdel” Beynəlxalq Bankdan kredit alan hər kəsi tədqiqata cəlb edib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub.
Bununla bağlı DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov saytımıza göndərdiyi məktubda ölkədən çıxışına qadağa qoyulan şəxslərin sayının yazıda göstərilənlərdən xeyli az olduğu bildirilir.““Bandotdel” 7400 nəfərin ölkədən çıxışına qadağa qoydu!” sərlövhəli məqalədə göstərilən rəqəmlər reallığı qətiyyən əks etdirmir. Belə ki, yazıda Beynəlxalq Banka olan borclarını qaytarmadığına görə ölkədən çıxışına qadağa qoyulmuş insanlrın sayı (7400 nəfər) dəfələrlə artıq göstərilib.
Məlumat üçün bildirim ki, Banka borcu olanların əksəriyyəti DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmadan öz borclarını ödəyiblər. Ölkədən çıxışına məhdudiyyət qoyulmuş bocluların da artıq 50-55 faizi götürdükləri krediti ödədiyindən, qanuni olaraq barələrində tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb”.
Murad
AzPolitika.info


Şərhlər