Menu

Rusiya və ABŞ İŞİD-ə fərqli yanaşma sərgiləyir!

07.08.2015, 18:00

isid1_254Rusiya və ABŞ-ın mövqeyi bir məsələdə üst-üstə düşür ki, İŞİD ümumi «şər»dir. Amma bu dövlətlərin «ümumi şər»ə yönəlik ortaq mövqeyi yoxdur. «RİA Novosti» agentliyinin yaydığı məlumata görə, bu fikri Malayziyada keçirilən «ASEAN» forumunun gedişində ABŞ dövlət katibi Con Kerri ilə görüşünün yekunlarından danışan Rusiya xarici işlər naziri Sergey Lavrov səsləndirib (Rosbalt).

«Biz, ilk növbədə, Yaxın Şərqin və Şimali Amerikanın problemlərini müzakirə etdik. Müzakirələr iki gün əvvəl Qətərdə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin iştirakı ilə apardığımız danışıqların davamı oldu. Biz hamımız bir qənaətlə razılaşırıq ki, İŞİD - ümumi təhlükə, ümum şərdir» - deyə, Lavrov qeyd edib.

Rusiyalı diplomat daha sonra deyib: «Biz bir məsələdə həmrəyik ki, bu təzahürlə mübarizədə səylərimizi mümkün qədər tez və mümkün qədər effektli formada birləşdirməliyik. Amma bizim bu problemə yönəlik ortaq mövqeyimiz yoxdur ki, dünyadakı müxtəlif oyunçular arasındakı fikir ayrılıqlarını nəzərə almaq şərtilə, konkret olaraq bunu necə eməliyik. Bu, bizim gələcək təmaslarımızın mövzusudur. Razılığa gəldik ki, Rusiya Federasiyası Xarici işlər nazirliyinin və ABŞ dövlət departamentinin ekspertləri bu işləri davam etdirsinlər. Ortada olan təşəbbüslərimizi əldə rəhbər tutacağıq».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol