Menu

Hərbi hissələrin döyüş hazırlığı yoxlanıb - VİDEO

07.08.2015, 23:22
Hərbi hissələrin döyüş hazırlığı yoxlanıb - VİDEO

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayan müdafiə naziri Zakir Həsənov bütün bunların nəticəsi olaraq toplantı keçirib. ANS TV-nin məlumatına görə, nazir real vəziyyəti nəzərə alaraq döyüşə hazırlığa dair tapşırıqlar verib..

Toplantıda cəbhə bölgəsində yerləşən hərbi hissə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər. Müdafiə nazirinə hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı məruzələr edilib.

Zakir Həsənov görüşdə bəyan edib ki, silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır. Nazir bəyanatında deyib ki, silahlı qüvvələrin bütün şəxsi heyəti, torpaqları işğaldan azad etmək uğrunda müqəddəs borcularını yerinə yetirməyə hazırdır və qadirdir: "Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcək. Buna heç kimin şübhəsi olmamalıdır".

Zakir Həsənov real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi ilə bağlı göstəriş verib. O cümlədən nazir bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində yeni tikilən hərbi obyektlərə də baş çəkib. Ərazidə aparılan tikinti işləri barədə müdafiə nazirinə ətraflı məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol