Menu

17 yaşlı Lənkəran sakini dənizdə boğuldu

09.08.2015, 10:08
17 yaşlı Lənkəran sakini dənizdə boğuldu

Lənkəranda boğulma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 8-də axşam saatlarında Xəzər dənizinin rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Rayonun Mamusta kənd sakini, 17 yaşlı Cavid Fikrət oğlu Əlizadə dənizdə çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

17 yaşlı gəncin cəsədinin axtarışları hazırda davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol