Menu

ABŞ-da polis 6 nəfərə bıçaq xəsarəti yetirən şəxsi güllələyib

09.08.2015, 10:17
ABŞ-da polis 6 nəfərə bıçaq xəsarəti yetirən şəxsi güllələyib

ABŞ-ın Lonq Biç şəhərində (Los Anceles dairəsi) polis əməkdaşları gecə saatlarında sanatoriyada müalicə alan 6 nəfərə bıçaq xəsarətləri yetirən şəxsi güllələyiblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə KTLA telekanalı məlumat yayıb.

Xəsarət alanlar arasında 3 qadının olduğu bildirilir.

Hadisə yerinə çağırılan polis patrulu bıçaqla silahlanmış şəxsi məhv edib.

Xəsarət alanlardan 5-i xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol