Qazaxıstan KİV-nin məlumatına görə, ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə qarşılıqlı əmtəə dövriyyəsi cari ilin yanvar-iyun ayları ərzində 7,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,0 faiz azdır. Məlumatı Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinn statistika Komitəsi yayıb (Rosbalt).
O cümlədən, Qazaxıstanın Aİİ ölkələrinə məhsul ixracı cari ilin 1-ci yarısında 2,3 milyard dollar (26,8 faiz azalma ilə), idxalı isə 5,5 milyard dollar (18,2 faiz azalma ilə) təşkil edib. Ölkənin ixrac strukturunda mineral məhsullar üstünlük təşkil edir (ümumi həcmin 51,3 faizi). İxracın strukturunda digər məhsullar - kimya sənayesi məhsulları 20,3 faiz, metal və əşyalar 16,7 faiz, bitki və heyvani mənşəli məhsullar, hazır ərzaq məhsulları 4,0 faiz təşkil edir («Novosti Kazaxıstana» İA).
Bunun qarşılığında, Aİİ ölkələrindən Qazaxıstana böyük nisbətdə maşın və avadanlıqlar (ümumi həcmin 30,8 faizi), mineral məhsullar (15,0 faiz), metal və əşyalar (14,5 faiz), kimya sənayesi məhsulları (14,0 faiz), bitki və heyvani mənşəli məhsullar, hazır ərzaq malları (12,9 faiz) idxal olunub.
AzPolitika.info


Şərhlər