Menu

Dərbəndin başçısı istefa verdi

11.08.2015, 13:51
Dərbəndin başçısı istefa verdi

Bu il öz 2000 illik yubileyini qeyd edən Dərbəndin başçısı İmam Yaraliyev çərşənbə axşamı istefa verib.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə şəhər meriyasından bildiriblər.

“Başçı istefa verib, işdən getməyinin rəsmi səbəbləri barədə günün ikinci yarısında məlumat veriləcək”, - agentliyin həmsöhbəti bildirib.

Daha öncə Yaraliyevə dair cinayət işi açılmışdı, o, federal torpaqların paylanması zamanı öz səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirdi.

Yanvar ayının ortasında Dərbənd meriyasında axtarış aparılıb. Məlum olduğu kimi “torpaq məsələlərinə dair sənədlər” yoxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol