Litva KİV-nin məlumatına görə, ABŞ-ın bu ölkədəki səfirliyi rusdilli jurnalistlərə 500,0 min dollar qrant ayıracaq. «Baltikyanı ölkələrdə Rusiya koomunikasiyalarına qarşı durmaq üçün araşdırmaçı jurnalistika üzrə treninqlər» adlı layihə barədə elan səfirliyin saytında yerləşdirilib.
Treninq bir il müddətinə - 2016-cı il noyabrın 30-na qədər nəzərdə tutulub və Baltikyanı dövlətlərin hamısını əratə edəcək.
Layihə, hər üç baltikyanı ölkədən olan və layihədə iştirak edən məzunlarla «amerikalı öyrədicilər», ekspertlər, mənbələr arasında əlaqələr sisteminin yaradılmasına, auditoriya və mənbə çevrəsinin genişləndirilməsinə kömək etməlidir.
«ZN» xatırladır ki, Bundan əvvəl, 2015-ci ilin martında Avropa İttifaqı ölkələrinin başçılarının Baltikyanıda Rusiya təbliğatına qarşı koordinasiya olunmuş mübarizə aparmaq qərarına gəldikləri barədə məlumat verilib. Hal-hazırda Niderland və Polşa da təbliğatsız rusdilli KİV-lər üçün maliyyə mənbələri axtarır. Layihənin elan olunan məqsədi belədir: «Şərqi Avropanın rusdilli sakinlərinin müstəqil informasiyaya girişinin təmin edilməsi».
AzPolitika.info


Şərhlər