Menu

Bakı Teleqüllə Kompleksinin təhlükəsizliyi gücləndirildi

11.08.2015, 19:39
Bakı Teleqüllə Kompleksinin təhlükəsizliyi gücləndirildi

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Teleradio” İstehsalat Birliyi (İB) Bakı Teleqüllə Kompleksini 24 saatlıq videonəzarət sistemi ilə təmin edib.

Trend xəbər verir ki, bu barədə İB-nin saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, nəzarətin təmin olunması üçün monitorinq sistemi quraşdırılıb və istismara verilib.

Bununla da, Bakı Telqüllə Kompleksinin istənilən nöqtəsində baş verəcək yanğın hadisəsini gözlə təyin etmək və qarşısını dərhal almaq mümkün olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol