Menu

Dərbənd meri vəzifəsinə yeni təyinat

12.08.2015, 08:41
Dərbənd meri vəzifəsinə yeni təyinat

Dərbənd şəhərinin meri İmam Yaraliyevin istefa verməsi ilə əlaqədar bu vəzifəni şəhər administrasiyasının rəhbəri Azadi Rəhimov icra edəcək. APA-nın məlumatına görə, bu barədə “TASS”a şəhər administrasiyasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyev istefa verib. Daha əvvəl İmam Yaraliyev barəsində federal torpaqların bölüşdürülməsi zamanı vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın ortalarında meriyada axtarış aparılıb. Axtarış torpaq məsələsinə aid sənədlərlə bağlı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol