Menu

Dövlət Neft Şirkəti 246 milyon manat ödəyə bilmədi

12.08.2015, 13:16
Dövlət Neft Şirkəti 246 milyon manat ödəyə bilmədi

Dövlət Neft Şirkəti tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 145 milyon 525 min manat vəsait ödənilib.

"Marja" SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında isə büdcəyə 874 milyon 255 min manat vəsait ödənilib.

Müqayisə üçün qeyd edək ki, SOCAR ötən ilin eyni dövründə büdcəyə 1 milyard 117 milyon 603 min manat vəsait ödəmişdi. Beləliklə, illik müqayisədə SOCAR-ın büdcəyə ödənişləri 243 milyon 348 min manat və ya təxminən 22% azalıb.

Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 173 min manat vəsait köçürüb. Ümumilikdə, 2015-ci ilin yanvar-iyul aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 80 milyon 957 min manat təşkil edib.

Qeyd edək ki, 2014-cü ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 83 milyon 498 min manat təşkil etmişdi. Bu il ödəniş 2 milyon 541 min manat az olub.

Ümumilikdə, SOCAR həm büdcəyə, həm də Dövlət Sosial Müdafiə Fonduna ötən illə müqayisədə təxminən 246 milyon az ödəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol