Menu

Türk ordusu PKK-nın 107 hədəfini məhv edib - Hesabat

12.08.2015, 16:09
Türk ordusu PKK-nın 107 hədəfini məhv edib - Hesabat

Türkiyənin Silahlı Qüvvələri PKK-ya qarşı həyata keçirilən əməliyyatların hesabatını prezident Ərdoğan və baş nazir Davutoğluna təqdim edib. Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK terrorçularına qarşı keçən ayın 24-də başlatdığı hərbi əməliyyatlar davam edir.

11 gündür davam edən əməliyyatların nəticəsi haqda hesabat prezident Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davutoğluna təqdim edilib.

Hesabata görə döyüş təyyarələri 24 iyul – 4 avqust tarixləri arasında Şimali İraqdakı 107 hədəfi 511 atışla yerlə-yeksan edib. Ölkə daxilində də təşkilatın 60 müxtəlif mövqeyi 107 atışla dağıdılıb.

Əməliyyatlarda ümumilikdə 35 reaktiv təyyarə iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol