Menu

Rusiya Qazaxıstana 5 ədəd S-300 zenit-raket kompleksi bağışlayıb!

12.08.2015, 20:02
Rusiya Qazaxıstana 5 ədəd S-300 zenit-raket kompleksi bağışlayıb!

Rusiya KİV-i xəbər verirlər ki, Rusiya müdafiə nazirliyi Qazaxıstana 5 ədəd zenit-raket kompleksi verib. Bu barədə məlumatı Qazaxıstan müdafiə nazirliyinin mətbuat xidməti yayıb.

«Qazaxıstan silahlı qüvvələri hava-hücumundan müdafiə hissələri Rusiya müdafiə nazirliyindən əvəzsiz olaraq 5 ədəd S-300PS müasir zenit-raket kompleksi alıb» - deyə, məlumatda bildirilir.

Müdafiə nazirliyində onu da qeyd ediblər ki, alınmış zenit-raket kompleksləri praktik döyüş atıcılığı prosesində sınaqdan keçiriləcək, bundan sonra isə Qazaxıstanın hava-hücumundan müdafiə hissələrinə veriləcək.

S-300PS zenit-raket kompleksləri aşağı yüksəkliklərdə uçan xırda hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol