Menu

“NATO və Rusiya müharibəyə hazırlaşır” - Analitiklər

13.08.2015, 00:32
“NATO və Rusiya müharibəyə hazırlaşır” - Analitiklər

Son vaxtlar NATO və Rusiyanın keçirdiyi iri hərbi təlimlər beynəlxalq konfrontasiyanın qızışması üçün ocağa yağ tökür.Musavat.com-un məlumatına görə, bu barədə Britaniyanın “The Guardian” nəşri “European Leadership Netwok” analitik mərkəzin hesabatına istinadən yazıb.

“Bir-biri ilə mümkün konfliktə hazırlığa yönəlik təlimlər get-gedə daha böyük miqyas almaqdadır. Ancaq bu təlimlərin özü silahlı münaqişənin mümkünlüyünü daha real edir” – hesabatda deyilir.

Mərkəz bundan qaçmaq üçün tərəfləri tez-tez ünsiyyət qurmağa, öz hərbi tədbirlərini daha şəffaf etməyə, hərbi təlimlərin miqyasını azaltmağa və bu fonda sərhəd boyu hərbi qüvvələrin məhdudlaşdırılmasını azaltmağı nəzərdə tutan anlaşma əldə etməyə çağırıb.

“Hər bir yeni təlim əks tərəfdən təxribat kimi qəbul edilir. Bu, qarşılıqlı etimadsızlığı və qeyri-müəyyənliyi gücləndirir. Siyasətçilər təlimlərlə bağlı qərar verərkən təmkin və insafı unutmamalıdır”, – deyə analitiklər tövsiyə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol