“BP-Azerbaijan” şirkətinin cari ilin II rübünün yekunları ilə bağlı açıqladığı hesabat maraqlı məqamları üzə çıxarıb. Belə ki, Caspian Barrel-in hesabatla bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, müqavilə sahəsində intensiv qazma işlərinin aparılmasına baxmayaraq hasilatda geriləmə qeydə alınıb.Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BPŞirkətin rəsmi məlumatında bildirilir ki, 2015-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 87 istismar quyusundan həyata keçirilib.
Hesabat dövründə konsorsium müqavilə sahəsində 9 hasilat quyusu və 1 suvurma quyusu qazıb. Nəticədə cari ilin iyun ayının sonuna 87 hasilat və 40 texniki quyu (suvurma və qazvurma) istismarda olub. Bunun nəticəsində konsorsium AÇG-dən 116 milyon barel neft hasil edib.
İndi gəlin 2014-cü ilin eyni dövründəki vəziyyətlə tanış olaq: müqavilə sahəsində 81 hasilat quyusu və 36 texniki quyu istismarda olub. Bu dövrdə konsorsium 8 hasilat quyusu və 1 suvurma quyusu qazıb. 2014-cü ilin I yarıısında AÇG üzrə hasilat 118,8 milyon barel təşkil edib.
Yəni cari ildə hasilat quyularının 6 ədəd, texniki quyuların sayının isə 4 ədəd artmasına baxmayaraq hasilat 6 ayda 2,8 milyon barel azalıb.
“BP-Azerbaijan” sirkətin açıqladığı məlumatına görə, neft hasilatının başlandığı 1997-ci ilin noyabr ayından 2015-ci il iyunun sonuna qədər AÇG-dən 2,7 mlrd. barel və ya 366 mln. tondan artıq neft hasil edilib.(caspianbarrel.org)


Şərhlər