Menu

Çin yuanı yenə devalvasiya etdi

13.08.2015, 09:17
Çin yuanı yenə devalvasiya etdi

Çin Mərkəzi Bankı (PBOC) yuanın məzənnəsini bu gün də 1.1 faiz devalvasiya edərək dollara qarşı orta nöqtəni 6.401 səviyyəsinə çatdırıb.

PBOC, istinad məzənnəsini (orta nöqtəni) əvvəlki iki gündə 1.62 faiz və 1.86 faiz qaldırmışdı (bu gün daxil cəmi 4,58%).

Çin Mərkəzi Bankı (PBOC) verdiyi bəyanatda, yuanı "məqbul bir səviyyədə" və balansda saxlamağa davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Çin məzənnəni, rəsmi olaraq müəyyən etdiyi bir orta nöqtədən idarə edir və yuan bu orta nöqtədən gündə 2 faiz yuxarı və ya aşağı gedə bilir.

Çin Mərkəzi Bankı (PBOC) ilk devalvasiyada orta nöqtəni 6.1162-dən 6.2298-ə, dünən isə 6,3306 səviyyəsinə çıxartmışdı. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol