Suriyalı qaçqınların Türkiyənin İzmir şəhərinə girişi qadağan edilib.
Musavat.com-un məlumatına görə, Yunanıstana keçmək istəyən suriyalılar İzmirə gələrək parklarda, səkilərdə yatırlar. Bu problemin aradan qaldırılması üçün İzmir Valiliyi hərəkətə keçib və bir sıra tədbirlər görüb. Şəhər girişlərində dayanan polislər sənədləri yoxlayır və suriyalıları şəhərə buraxmır.
Rəsmi rəqəmlərə görə 68 min, qeyri rəsmi rəqəmlərə görə isə sayı 500 mini aşan suriyalılar İzmirin ən böyük dərdinə çevrilib. İlk addım olaraq polislər parklarda yatan suriyalıların üzərinə baxış keçirib. Qalacaq yeri olmayanlar şəhərin stadionuna aparılıb.
Qeyd edək ki, bir müddət əvvəl İzmir Valiliyi insan qaçaqçılığının qarşısını alınması üçün suriyalıların Türkiyədən çıxarılmasını təklif etmişdi.


Şərhlər