Xarici KİV-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) eks-prezidenti Cimmi Karterə (1977-1981-ci illərdə prezident postunu tutub) «xərçəng» diaqnozu qoyulub. Bu barədə Karterin rəsmi bəyanatında söhbət açılır. Bəyanat çərşənbə günü «Karter Mərkəzi» adlanan qeyri-hökumət təşkilatının saytında yer alıb (TASS).
«Bu yaxınlarda qara ciyərimdə aparılan cərrahiyyə əməliyyatı göstərdi ki, məndə «xərçəng» var və xəstəlik bədənimin digər hissələrinə də sirayət edib. Emorinin tibb müəssisələrində müalicə almaq üçün mən öz qrafikimi dəyişirəm. Mümkündür ki, növbəti həftə daha ətraflı rəsmi bəyanat yayım» - deyə, sənəddə qeyd olunur.
«Karter Mərkəzi» Atlantanın (Corciya ştatı) Emori Universitetinn nəzdindəki tibb təşkilatları ilə əməkdaşlıq çərəivəsində xeyriyyə və hüquq-müdafiə fəaliyyəti ilə məşğul olur. KİV-in məlumatına görə, sabiq prezidenti bu şəhərdə müalicə edəcəklər.
Məlumat üçün bildirək ki, karterin atası, anası, iki bacısı və qardaşı ölüm ərəfəsində mədəaltı vəzin xərçəngindən əziyyət çəkib.
AzPolitika.info


Şərhlər