Polis prokurorların Kiyev şəhərindən 100-150 km uzaqlıqda bir dağ evində olduqlarını bildirib.
Ermənistana qaçdıqları deyilən türk prokrorlar Zəkəriya Öz və Cəlal Qara barədə polisin apardığı araşdırmaları nəticəsində yeni detallar üzə çıxıb.
Anspress-in məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, onlar Ermənistana deyil, Ukranyaya qaçıblar. Polis prokurorların Ukranyanın paytaxtı Kiyev şəhərindən 100-150 km uzaqlıqda bir dağ evində olduqlarını bildirib.
İki prokuror haqqında həbs qərarını məhkəmə işçilərindən birinin Zəkəriya Öz və Cəlal Qaraya dediyi məlum olub. Onlar həbs olunacaqlarını bir gün əvvəldən bildikləri üçün rahat şəkildə maşına oturub, Sarp sərhəd keçid məntəqəsinə gəliblər. Avtomobili Zəkəriya Öz idarə edib. Prokurorlar eyni rəngdə geyiniblər və şapqa ilə eynəkdən də istifadə ediblər.
Türkiyə höküməti prokurorların ölkəyə geri qaytarılması isitqamətində Ukrayna ilə danışıqlar aparır.
Xatırladaq ki, keçmiş prokurorlar Zəkəriya Öz və Cəlal Qaranın Gürcüstandan keçərək Ermənistana qaçdıqları haqqında məlumatlar yayılmışdı.


Şərhlər