Menu

Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib

16.08.2015, 10:35
Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ekvadorun prezidenti Rafael Korrea Kotopaxi vulkanının fəallaşması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq fərmanı dövlət başçısı avqustun 15-də imzalayıb.

Son iki sutka ərzində vulkan bir neçə dəfə iki kilometr hündürlüyündə kül püskürüb. Üstəlik vulkanın ətrafında piroklastik axın müşahidə olunur. Kotopaxinin yaxınlığındakı yaşayış məntəqələrindən yüzlərlə insan təxliyyə edilib.

Kotopaxi Ekvadorun ən iri fəaliyyətdə olan vulkanıdır. Onun hündürlüyü 5,9 km yaxındır.

Qeyd edək ki, əhalisinin sayı 3 milyona yaxın olan Ekvadorun paytaxtı Kito vulkandan cəmi 45 km aralıda yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol