“Rusiyalılar neftin qiymətinin düşməsinə tab gətirdilər, amma indi onları ikinci raund gözləyir”

Rusiyalılar, neftin qiymətinin aşağı düşməsinə görə ölkədə yaranan iqtisadi çətinliklərə uyğunlaşmağa başlayıblar. Amma tezliklə rusiyalılar iqtisadi çətinliklərin ikinci raundu ilə qarşılaşmalı olacaqlar. (Bloomberg)

Rusiyada bir-birlərini əvəzləyən hökumətlər, neft qiymətlərinin artması nəticəsində toplanmış pulları istismar etmək yerinə, həmin gəlirləri iqtisadiyyatın modernləşdirilməsinə xərcləyə bilərdilər. Lakin adi vətəndaşlar hal-hazırda bu cür idarəetmə sisteminin hesabını ödəmək məcburiyyətində qalıblar. Böyük şəhərlərdə yaranan “istehlak cənnəti” artıq sökülməyə başlayıb və ölkədəki həyat şəraiti irəlidə də pisləşməyə doğru gedəcək.

Bu ilin ikinci rübündə Rusiya Ümumi Daxili Məhsulu (ÜDM) keçən ilin müvafiq dövrünə nisbətən 4,6% azalıb. Hazırda rusiyalılar neftin qiymətinin düşməsindən sonra ucuzlaşmış rubla uyğun şərtlər daxilində yaşayırlar. Bəllidir ki, ölkə, ixrac olunan istehlak mallarından asılıdır və həm də ki, illik hesabla götürdükdə inflyasiya 15 %-i ötüb.

Alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, qiymət artımı da ləngiyib. Ümumiyyətlə isə bu vəziyyətin heç də yaxşı olduğunu göstərmir. Sadəcə olaraq, tələb və təklif arasında tarazılıq yaranıb. Amma rusiyalıların gündəlik həyatı pisləşib. İkinci rüb ərzində Moskvada qızğın istehlak dövründən fərqli olaraq, vitrində nümayiş etdirilən malların dövriyəyə buraxılması iki dəfə azalıb. Bunun əksinə ticarət mərkəzlərindəki boş yerlərin sayı isə iki dəfə artıb.

İstehlak kreditlərinin də həcmi azalıb. Rusiyalılar artıq borc götürmək istəmirlər.

Rusiya vətəndaşları həmçinin keçən il ilə müqayisədə daha az səyahət edirlər. Bu ilin birinci yarısına görə, Türkiyədəki Rusiya turizmi keçən ilə nisbətən 28%, İspaniya, Fransa və İtaliyaya edilən səfərlər isə təxminən 30% dən çox aşağı düşüb. Rusiyalılar üçün populyar yerlərdən biri hesab edilənTailanda gedənlərin sayı isə iki dəfə azalıb. EasyJet, Lufthansa və Delta kimi aviaşirkətlər Rusiyaya gedən və Rusiyadan gələn reyslərinin bir neçəsini ləğv ediblər.

İqtisadi geriləməni cilovlamaq üçün hökumətin, istehlakçıları yerli məhsullar almağa məcbur etməsi kimi yöndəmsiz cəhdlər vəziyyəti bir qədər də korlayır.

Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ölkələrdən (indi bu siyahıya Albaniya, İslandiya, Lixtenşteyn və Çernoqoriya da əlavə edilib) gətirilmiş qida məhsullarına qoyulmuş embarqo və həmin məhsulların gömrükdə məhv edilməsi kampaniyası istehsalın aşağı düməsinin önünü ala bilmir. Yanvar ayında sənaye istehsalının 0,6 % yüksəlməsinə baxmayaraq, iyun ayında bu göstərici 4,8 % aşağı düşüb.

Rusiyanın özünü ərzaqla tam təmin etməsi üçün illər lazımdır. Rusiya baş nazıri Dmitri Medvedyev bu həftə bildirib ki, bir neçə idxal məhsulunu əvəzləyəcək yerli malların, vətəndaşları tam gücü ilə təmin etməsinə xeyli vaxt gərək olacaq. Bu ilin əvvələrində bəzi analitiklər bildirirdilər ki, bahalı idxal məhsullarını ucuz yerli malların əvəzləməsi, aşağı neft qiymləri dövründə Rusiya üçün yeni böyümə imkanlarına yol acacaq. Ancaq bu baş verməyib.

Hal-hazırda neftin qiyməti yenidən düşməyə başlayıb, rubl isə yenidən ucuzlaşıb. Lakin rubl hələlik dollar qarşısında keçən qışdakı minimum aşağı həddə enməyib.

İdxal məhsullarının əvəzlənməsinin daha real olmasından ötrü, hökumətə, çox böyük ehtimalla, rublun zəifləməsi sərf edir. Əlavə olaraq, hökumətə gəlirlərin indiki azalması vəziyyətində büdcəni balanslaşdırmaq lazımdır.

2105-ci ilin birinci yarısında nef-qazdan gələn mənfəət gəliri federal büdcənin 45 %-ni təmin edib. Bundan öncəki ildə isə, neftin bir barelinin illik orta qiymətinin 58 dollar olduğu vaxt neft və qazın payına büdcə gəlirlərinin 52%-i düşürdü. Hazırda Rusiyanın “Urals” markalı nefti təxminən 49 dollara satılır. Əgər bu ilin ikinci yarısında neftin qiyməti orta hesabla 45 dollara yuvarlanarsa (neft hasilatının indiki artım şəraitində bu tamamilə mümkündür), onda Rusiya büdcə kəsirinin böyüməsindən yaxa qurtarmaqdan ötrü, öz valyutasını ən azı 10% devalvasiya etməlidir.

Çox çətin ki, hökumət və Mərkəzi Bank sadə rusiyalıların daha çox hesab ödəmlərinə yol verilməsi üçün rublun kəskin aşağı düşməsinə qarşı tədbirlər görməkdə tərəddüd etsinlər. Qərbin, “düşmən siyasəti” önündə ölkənin qurban verməsinin vacibliyi barəsindəki təbliğata inanan Rusiya vətəndaşları, devalvasiya və inflyasıyanın birinci dalğasını xüsusi dözümlə qarşıladılar. Putin bundan sonra da öz təbliğat maşınının bütün gücündən istifadə edərək, yeni çətinliklərlə üzləşən əhalini inandırmağa çalışacaq. Hazırda heç kim rusiyalıların məhrumiyyətlərlə barışmağa nə qədər hazır olduqlarını deyə bilməz. Amma xammal məhsulları qiymətlərinin indiki aşağı düşmə fonunda onların digər bir seçim imkanı da qalmayacaq.

Vaqif NƏSİBOV

AzPolitika.info