Menu

“Qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq” - ABŞ səfirliyi

18.08.2015, 12:43

baku-seal abs sefir lik abs usa“Biz Azərbaycanda hərbi xidmətdə qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq”.

APA-nın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində qeyd olunub. Səfirlik KİV-də bu barədə gedən məlumatlarla bağlı bu açıqlamanı yayıb.

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov və müavini Elçin Şirinov müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı komitə tərəfindən aparılan monitorinqin nəticələri barədə müdafiə nazirinə məlumat verib və qeyd edib ki, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitindəki itkilər ötən illərlə müqayisədə xeyli azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol