Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçirib

Kiyevdə müxalifət fəalları Ukrayna Enerji və Kömür Sənayesi Nazirliyinin binasını ələ keçirib.

APA-nın xəbərinə görə, bu barədə yerli “5-ci kanal”a “Ümumi iş” adlı təşkilatın koordinatoru Aleksandr Danilyuk məlumat verib. O bildirib ki, nazirliyin mühafizə xidməti fəallara müqavimət göstərməyib.

Bundan əvvəl “Ümumi iş”in fəalları Aqrar Siyasət Nazirliyinin binasını da ələ keçirib. Hər iki bina Müstəqillik meydanının yaxınlığında, Kreşşatikdə yerləşir.

Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçirib.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu müxalif “Batkivşina” fraksiyasının üzvü, deputat Andrey Şevçenko bildirib.

Onun sözlərinə görə, binada partlayış səsləri eşidilib, gözyaşardıcı qazdan istifadə olunub.

“Vilayətin rəhbər şəxslərini xalqın yanına çıxarırıq”, - deyə deputat “Twitter”dəki səhifəsində yazıb.