Türkiyənin baş naziri Əhməd Davudoğlu hökumət qurmaq səlahiyyətini prezident Rəcəb Tayyib Ərdoğana təhvil verib. Musavat.com "İhlas" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidentinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Əhməd Davudoğlu bütün səylərə baxmayaraq, etimadlı hökumət qurmaq imkanının olmadığını bəyan edib və iyulun 9-da üzərinə götürdüyü səlahiyyətdən imtina edib.


Şərhlər