Menu

Türk əsgərinə güllə atan şəxs hökumətdən maaş alır

19.08.2015, 09:07
Türk əsgərinə güllə atan şəxs hökumətdən maaş alır

Cavab atəşi ilə qarşı tərəf hadisə yerindən qaçsa da terrorçulqardan biri yaralı olaraq ələ keçirilib.

Türkiyədə atışma vaxtı xüsusi təyinatlı polislərin yaralı vəziyyətdə ələ keçirdiyi PKK terrorçusunun şəxsiyyəti böyük təəccüblə qarşılanıb.

Anspress-in yerli mətbuata istinadən verdiyi məlumatra görə, Şırnak vilayətinin İdil rayonunda reyd keçirən xüsusi təyinatlı polislərlə PKK terrorçuları arasında atışma baş verib. Rayonun “Turqut Özal” məhəlləsində keçirilən reyd zamanı terrorçular iriçaplı silahlarla polis əməkdaşlarını atəşə tutublar. Polis əməkdaşlarının cavab atəşi ilə qarşı tərəf hadisə yerindən qaçsa da terrorçulqardan biri yaralı olaraq ələ keçirilib.

Yaralı terrorçunun şəxsiyyəti isə təəccübə səbəb olub. Xəstəxanaya aparılan terrorçunun 33 yaşlı Nevaz Sakcak olduğu, İdil bələdiyyəsinin əməkdaşı olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol