Menu

Türkdilli dövlət başçıları Astanaya yığışır

19.08.2015, 16:22
Türkdilli dövlət başçıları Astanaya yığışır

Türkdilli ölkələrin dövlət başçılarının 5-ci toplantısı 11 sentyabr tarixində Astanada keçiriləcək. APA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb.

Tədbirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlət başçılarının iştirakı gözlənilir. Ondan bir gün əvvəl isə Astanada Türkdilli Ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol