Menu

İranda keçmiş prezidentin qızına 6 ay şərti həbs cəzası kəsilib

26.01.2014, 17:33
İranda keçmiş prezidentin qızına 6 ay şərti həbs cəzası kəsilib

İranda məhkəmə ölkənin keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızına yüksək vəzifəli rəsmilərə böhtan ittihamı ilə 6 ay şərti həbs cəzası kəsib.

Yarım rəsmi ISNA xəbər agentliyinin məlumatına görə, Fatemeh Rəfsancaninin vəkili bildirib ki, hökm Tehranda İnqilab Məhkəməsi tərəfindən çıxarılıb.

Xəbər verilir ki, söhbət xanım Rəfsancaninin ölkənin ədliyyə rəhbəri barədə söylədiyi şərhlərdən gedir.

Rəfsancaninin kiçik qızı Faezəh və ortancıl oğlu Mehdi də 2009-cu ilin mübahisəli prezident seçkilərinin ardınca müxtəlif ittihahamlarla həbsxanada olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol