Menu

Türkiyə ordusunun kapitanı şəhid oldu

22.08.2015, 14:01

Turkey_flag_160709Türkiyənin cənub-şərqində, Şırnak vilayətinin Beytüşşebap rayonu ərazisindəki jandarma məntəqəsi PKK terrorçularının hücumuna məruz qalıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular jandarmaları iri çaplı silahlar və qumbaraatanlarla atəşə tutublar. Nəticədə kapitan Əli Alkan həlak olub, 4 əsgər yaralanıb.

Bölgədə terrorçulara qarşı əməliyyat başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol