Menu

Zəkəriyya Öz Almaniyadan siyasi sığınacaq istədi

23.08.2015, 11:46
Zəkəriyya Öz Almaniyadan siyasi sığınacaq istədi

Haqqında həbs qərarı çıxdıqdan sonra Türkiyədən Gürcüstana, ordan da Almaniyaya qaçan keçmiş prokuror Zəkəriyya Öz Almaniyadan siyasi sığınacaq istəyib.

Musavat.com-un məlumatına görə, keçmiş prokuror sığınacaq almaq üçün Federal Alman Prokurorluğuna müraciət edib. Sığınacaq tələbinin qəbul edilmə ehtimalının yüksək olduğu bildirilir.

Öz ilə birlikdə Almaniyaya qaçan "17 dekabr əməliyyatı"nın prokuroru Cəlal Karanın da eyni tələblə müraciət edəcəyi qeyd edilib.

Həmçinin bildirilib ki, Öz Türkiyədən qaçarkən yanına mühüm sənədlər alıb. Əgər Almaniya ona sığınacaq verərsə Öz sənədləri Almaniyanın müvafiq orqanlarına təqdim edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol