Rusiya KİV-nin məlumatına görə, İqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan edib ki, Rusiyanın iqtisadiyyatı «hardasa quyunun dibində yıxılıb qalıb, onun dirçəliş perspektivləri barədə danışmaq hələlik mürəkkəb məsələdir» («Exo Moskvı»).
Rusiyanın İqtisadi inkişaf nazirliyi 2015-ci il üçün dolların orta illik məzənnəsini - neftin qiymətini 52 dollardan hesablamaqla - 61 rubl həddində proqnoz edir. İlin yekunlarına görə, inflyasiya 11,0 faizdən bir qədər artıq həddə gözlənilir.
Ulyukayev həm də hesab edir ki, 2015-2016-cı illərdə ehtiyat fondu tam şəkildə xərclənməyəcək.
AzPolitika.info


Şərhlər