Menu

NATO baş katibi Gürcüstandadır

27.08.2015, 00:00
NATO baş katibi Gürcüstandadır

NATO-nun baş katibi Yens Stoltenberq bu gün axşam saatlarında Gürcüstana gəlib.

Tiflis Beynəlxalq Aeroportunda onu Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili qarşılayıb.

Alyans rəhbərinin rəsmi görüşləri sabah - avqustun 27-dəbaşlayacaq. Şimali Atlantika blokunun başçısı iki günlük səfər proqramı çərçivəsində ölkənin prezidenti, baş naziri, parlamentin spikeri, xarici işlər və müdafiə nazirləri ilə bir araya gələcək. Həmçinin, NATO-nun çevik qüvvələri üçün hazırlanan rotanın zabit və əsgər heyəti ilə görüşəcək.

Stoltenberq həmçinin, Gürcüstanda olduğu müddətdə burada NATO-nun təlim mərkəzinin açılış mərasiminə qatılacaq. Gürcüstanın alyansa üzvlüyü məsələsinin isə danışıqlarda xüsusi diqqət mərkəzində olacağı gözlənilir(Musavat.com).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol