Ötən gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov dəfn edilir. ANS PRESS-in dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, sənətçi ilə vida mərasimi bu gün öz yaşadığı evdə keçirilib. Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıblar.
Daha sonra M.Kazımovun cənazəsi Xırdalan qəbristanlığında dəfn edilmək üçün adıçəkilən şəhərə aparılıb. Mərasimdə müğənninin "Laçınım" mahnısı səsələndirilir.
Qeyd edək ki, mərhumun oğlu Rəşid Kazımov atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. "Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı".
Onu da qeyd edək ki, Məhəbbət Kazımovun dəfnində iştirak edən həmkarı Yusif Mustafayevin halı pisləşib. ANS PRESS-in dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, M.Kazımovun cənazəsi qaldırılan zaman sənət yoldaşının ürəyi gedərək yıxılıb.
Mərhumun dəfn mərasiminə qatılan müğənni Könül Kərimova da M.Kazımov haqqında fikirlərini bölüşüb: "Mənim sənətə gəlməyimdə onun böyük rolu olub. O insan belə tez getməməli idi. Sonuncu dəfə onunla telefonla danışmışıq. Bu yaxınlarda çəkilişimiz olmalı idi. Biz bir birimizin xətrini çox istəyirdik. Allah rəhmət eləsin, ailəsinə səbr versin".
Allah rəhmət eləsin!








Şərhlər