Menu

Azərbaycan nefti bahaşıb

29.08.2015, 10:52
Azərbaycan nefti bahaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,64 dollar yaxud 7,76% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,54 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol