Menu

Bakıda tikinti şirkətinə basqın edib xeyli pul apardılar

29.08.2015, 14:50
Bakıda tikinti şirkətinə basqın edib xeyli pul apardılar

Bakıda tikinti şirkətinə quldur basqını olub. Virtualaz.org saytı xəbər verir ki, hadisə avqustun 28-də gecə saat 04:00 radələrində baş verib. Belə ki, naməlum şəxslər “Qaraçay” tikinti şirkətinin ofisinə soxularaq oradan içi pulla dolu olan seyfi aparıblar.

Xətai Rayon Polis İdarəsindən vesti-az-a verilən məlumata görə, basqınçılar ofisin mühafizəçisi, 1948-ci il təvəllüdlü Zama Əbdülseyid qızı Bəşirovanı bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar. Daha sonra ofisə girərək içində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.

Basqınçıların şəxsiyyəti hələ müəyyən edilməyib. Polis faktla bağlı araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol