Menu

Torpağını becərməyənlər cərimələnəcək – Yeni təkliflər

31.08.2015, 12:30
Torpağını becərməyənlər cərimələnəcək – Yeni təkliflər

Kənd Təsərrüfatı Nazirliyi ölkədə istifadə olunmayan yararlı torpaqlara görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı hökumətə təkliflər təqdim edib."Report"un məlumatına görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib. Nazir müavini deyib ki, yaxın zamanlarda məcəllədə bununla bağlı dəyişikliklər ediləcəyi gözlənilir.

Onun sözlərinə görə, əkinə yararlı istifadə olunmayan torpaq sahəsinə görə cərimə sanksiyalarının tətbiq olunması nəzərdə tutulub: "Bu da yəqin ki, torpaqların istifadəsinə öz təsirini göstərəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol