Dekabrın 29-da İsmayıllı məhbuslarının növbəti məhkəmə prosesi keçirilməsi nəzərdə tutulsa da, vəkil Xalid Bağırov və Fuad Ağayev gəlmədiyinə görə məhkəmə fevralın 3-dək təxirə salındı. Prosesdə iştirak etmək üçün Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı, Mehdi Şirəli və digər müsavatçılar iştirakçılar gəlmişdi. Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu bu prosesə döşünə avromeydan simvolu taxaraq gəlmişdi. İ.Məmmədov onu bir günlük başqa vəkilin müdadiə etməsini istəsə də hakim bunun qanuna görə mümkün olmadığını bildirdi və məhkəmə təxirə salındı.
Növbəti məhkəmə prosesi fevralın 3-ü saat 10:00-da keçiriləcək.

Şərhlər