Menu

Buxarest şəhərinin meri saxlanılıb! - Rüşvət aldığına görə

06.09.2015, 18:09
Buxarest şəhərinin meri saxlanılıb! - Rüşvət aldığına görə

Xarici KİV-in məlumatına görə, Rumıniyanın paytaxtı Buxarest şəhərinin meri Sorin Opresko tabeliyində çalışan bir işçidən rüşvət almaqda şübhəli bilinib («Exo Moskvı»).

Bu iş üzrə artıq meriyada, şəhər qəbristanlığı administrasiyasında və bir sıra şirkətlərin ofislərində axtarışlar aparılır. Təhqiqatlara ölkənin xüsusi xidmət orqanlarının da cəlb olunduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Opresko və məmurlar qrupu paytaxt Buxarestdə müxtəlif işlərin görülməsi üçün müqavilələrin bağlanmasına görə, son 2 ildə bəzi iqtisadiyyat agentliklərindən rüşvət alıb.

Opresko artıq 7 ildir ki, Buxarestə rəhbərlik edir. Bu təyinata qədər o, Sosial-demokrat partiyası hakim koalisiyasının tərkibində yer alıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol