Kiyevdəki Maydanın müxtəlif təşkilatlardan olan fəalları Milli Qvardiya yaradıblar. Musavat.com-un interfax-a istinadən verdiyi məlumata görə, bu barədə “5-ci kanal” xəbər yayıb.

Telekanalın məlumatına görə, Milli Qvardiyaya könüllü qoşulmaq istəyən və Ukrayna millətinə sədaqət andı içənlərin hamısı qəbul ediləcək.

Milli Qvardiyaya Maydanın özünümüdafiə təmsilçiləri, kazaklar və “Birinci sektor” daxil olub. Sonuncunun bölmələrindən biri olan “Vikinqi” artıq Ukrayna xalqını müdafiə edəcəyinə and içib. Hərbi qurumun rəhbərliyinin tərkibi yaxın zamanlarda formalaşdırılacaq.