“Bank Technique”də depoziti olanlardan ya 20 faiz “şapka” istənilir, ya da Hacıyevin tikdirdiyi binalardan 2 qat baha qiymətə ev almaq təklif edilir...
“Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üz-üzə qalıb. Bu haqda indiyədək mətbuatda çox yazılıb. Qeyd edək ki, "Bank Technique”də maliyyə vəziyyətinin pisləşməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) böhrana girməsindən sonra başladı. Bu ilin martında ABB-nin rəhbəri Cahangir Hacıyev tutduğu vəzifədən çıxarılıb.

Məhz bu fatlar aşkarlandıqdan, C.Hacıyev və dostlarından "yediklərini" qaytarmaq tələb olunduqdan sonra onun nəzarətində olan “Bank Technique”də də ciddi böhran başladı. Artıq bu bank tam iflas həddindədir.
Musavat.com-un əldə etdiyi məlumata görə, bankın filialları müştərilərdən alınan depozitləri geri qaytara bilmir. Problemin həlli üçün isə müştərilər baş ofisə göndərilir. Bankda əsasən pul köçürmələri, ödənişlər həyata keçirilir. Bankın ödəniş terminalları əksər yerlərdə faəliyyətini dayandırıb. Elə baş ofisdə olan ödəniş aparatı da işləmir. Ödənişlər kassalarda həyata keçirilir.

Əmanətlərinin geri qaytarılması sual altındadır. Mərkəzi Bankdan maliyyə vəsaiti ala bilməyən bank müflis olmaq təhlükəsi qarşısındadır. Maliyyə problemi yaşayan bank xeyli sayda əməkdaşını da ixtisar edib, bir neçə filialını da bağlayıb.
Həmçinin musavat.com-un məlumatına görə, “Bank Technique” rəhbərliyi pulunu geri almaq istəyən fiziki və hüquqi şəxslərdən 20 faiz “şapka” istəyir. Mələn, bankda 100 min manat depoziti olan müştəriyə təklif olunur ki, məbləğin 20 min manatını rüşvət kimi bank rəhbərliyinə versə, yerdə qalan 80 min manatı ona qaytara bilərlər.
Məlumatda həmçinin bildirilir ki, “Bank Technique”dən pulu çəkmək istəyənlərə başqa variant da təklif olunur. Müştərilərə deyilir ki, pulun əvəzində Cahangir Hacıyevə məxsus şirkətlərin inşa etdiyi binalardan mənzil alsınlar. Həmin vəsait mənzilə silinsin. Bu təkliflə maraqlananlar araşdırmalar zamanı öyrəniblər ki, C.Hacıyev tikdirdiyi binalardakı mənzilləri onlara ən azı iki dəfə baha qiymətə sırımaq istəyir...

Gözətçi məsələni öyrənməyə çalışıb. Ona deyiblər ki, C.Hacıyevin tapşırığı ilə ondan və bağbandan şəxsiyyət vəsiqələri alınanda bu saxtakarlıq baş verib.... Sən demə, bəhanə ilə bir müddət əvvəl bağbandan və gözətçidən sənədlərini 1-2 günlüyə vermələri istənilib. Onlar da bunun hansısa prosedur üçün lazım olduğunu zənn edib etiraz bildirmədən veriblər. Həmin adamların hüquq-mühafizə orqanlarına ifadə verdikləri deyilir.
Mənbə bildirib ki, onlarla bu cür zərərçəkən şəxslər var. Bu adamların böyük əksəriyyətinin Cahangir Hacıyevin ofisində və malikanələrində işləyən sadə insanlar olduğu deyilir. Qaynağımız iddia edir ki, onlar üzləşdikləri vəziyyətlə bağlı polisə və prokurorluq orqanlarına müraciət ediblər. Ən dəhşətlisi budur ki, C.Hacıyevin belə maxinasiyalarının qurbanı olmuş bu sadə, kasıb insanlar dərdlərini kimsəyə anlada bilmirlər. Yüz minlərlə, milyonlarla kredit borcu onların ayaqlarında qalıb.
Vaqif
AzPolitika.info

Şərhlər