Menu

Neft yenidən 50 dollara yaxınlaşdı

09.09.2015, 09:12
Neft yenidən 50 dollara yaxınlaşdı

Dünən 4%-ə yaxın ucuzlaşn neft yenidən bahalaşır.

“Marja” xəbər verir ki, Bakı vaxtı ilə 08:45-də Brent nefti 49,83 dollardan, ABŞ xam nefti isə 46,20 dollardan alıcı tapıb.

Qeyd edək ki, bundan öncə neft qiymətlərinin aşağı düşməsinə Rusiyanın Baş nazirinin köməkçisi Arkadi Dvorkoviçin Rusiyanın neft hasilatını süni şəkildə qarşıdakı illərdə azaltmayacağını açıqlaması təsir göstərmişdi.

Bu ilin May ayında Brent nefti 67 dolları, ABŞ xam nefti isə 61 dolları görmüşdü. Sonradan ucuzlaşan neft Avqustun 24-də müvafiq olaraq 42,69 və 38,24 dollaradək düşmüşdü. Neft yenidən Avqustun 30-da bir qədər bahalaşmışdı. Həmin gün Brent nefti 54,15 dollara, ABŞ xam nefti isə 49,20 dollara çıxmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol