Rusiya ABŞ-ın son sanksiyalarına cavab olaraq bir sıra amerikalı siyasətçi və məmurlara öz ərazisini girişi qadağan edəcək.
AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.
“Biz ABŞ-ın sanksiyalarına simmetrik cavab veririk. Federasiya Şurasının spikerinə qadağa qoyulması hiddət doğurur. Biz artıq ABŞ nümayəndələrinə analoji cavab vermək üçün stop-list hazırlamışıq”, - deyə Ryabkov qeyd edib.
O vurğulayıb ki, Rusiya ABŞ ilə qarşıdurma üçün yol axtarmır və sanksiyalara sakit cavab verir.
Sözügedən "stop-list"ə daxil edilən adlar hələ açıqlanmayıb.

Şərhlər