Menu

Türkiyədə soğan daşıyan tırdan 5,5 ton partlayıcı aşkar edilib

09.09.2015, 22:02
Türkiyədə soğan daşıyan tırdan 5,5 ton partlayıcı aşkar edilib

Türkiyənin Şanlıurfa əyalətində soğan yüklənmiş tırdan 5,5 ton partlayıcı aşkarlanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yük avtomobili saxlanılıb, axtarış nəticəsində soğan kisələrinin altında karton qutularda 5,5 ton plastik partlayıcının olduğu aşkar edilib.

Polis tırdakı iki nəfəri tutaraq dindirilmələri üçün əyalətin təhlükəsizlik idarəsinə aparıb.

Onların terrorçu qruplarla əlaqəsi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol