Menu

Milli Şura parlament seçkilərində iştirak etməyəcək - QƏRAR

10.09.2015, 16:11
Milli Şura parlament seçkilərində iştirak etməyəcək - QƏRAR

Bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti Toplantısı keçirilib.

Koordinasiya Mərkəzinin üzvü Oktay Gülayıyev APA-ya açıqlamasında bildirib ki, toplantıda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.

Onun sözlərinə görə, Milli Şura seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol