Bağdadda keçən həftə qaçırılan türk işçilərə aid olduğu bildirilən görüntülər sosial media vasitəsi ilə nümayiş olunub.
AzPolitika.info-nun məlumatına görə, İraqın paytaxtı Bağdadın Sədr səmtində keçən həftə qaçırılan 18 türk işçinin ilk görüntüləri yayımlanıb.
Video “Firk-əl-Mavt” adlı təşkilatın sosial media hesablarında paylaşılıb.
İşçiləri qaçıran təşkilatın tələbləri arasında İraqa qarşı əməliyyatların dayandırılması, Şimali İraq neftinin Türkiyə üzərindən daşınmasının dayandırılması yer alıb. Terrorçular Suriyada Fəth Ordusunun Fua və Kafrayyadakı mühasirələrini dayandırmağı da tələb ediblər.
Türk işçiləri oğurlayan qruplaşma bəyan edib ki, əgər onların tələbləri yerinə yetirilməzsə, “işçilər və Türkiyənin İraqdakı maraqları ən qəzəbli qarşılığını tapacaq”.
Qeyd edək ki, sentyabrın 2-də stadion inşaatına basqın təşkil edən silahlı qruplar 18 türk işçini başqalarının arasından ayıraraq girov götürüblər.


Şərhlər