Menu

Həbsdə olan məşhur iş adamına bəraət verildi

11.09.2015, 21:09
Həbsdə olan məşhur iş adamına bəraət verildi

Bəraət barədə qərarı Gəncə Apelyasiya Məhkəməsi verib. Azərbaycanda dələduzluqda, mənimsəmə və ya israf etmədə və vergi ödəməkdən yayınmada ittiham olunan iş adamı Müqayis Verdiyevə bəraət verilib.

Bu barədə “Report”a həmin şəxsin vəkili Adəm Məmmədov bildirib.

Bəraət barədə qərarı Gəncə Apelyasiya Məhkəməsi verib.

Goranboy rayonundan olan iş adamı Müqayis Verdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 213.1-ci (vergi ödəməkdən yayınma, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri üzrə cinayət işi başlanılıb. 2013-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay həbs cəzası verilib.

İş üzrə zərərçəkən qismində "Fəqan Xidmət" MMC göstərilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol